İcraçı Direktor vakansiyası
İcraçı Direktor
1000 - 2000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

Bu vakansiya, korporativ idarəetmə qaydalarının və ya siyasətinin məzmunu və onların tətbiqi prosesini bilən, cəsarətli, məsuliyyətli, bacarıqlı, səlis nitq qabilliyyətinə malik, yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı olan şəxslər üçündür;
Şirkətin əsas hədəfi, ənənəvi yanaşmalara malik olmayan, köhnəlmiş metodlardan tamamən uzaq, güclü şəxsi keyfiyyətlərə və müasir dünya görüşünə malik, Açıq fikirli, liderlik qabiliyyəti yüksək, çevik, kritik (tənqidi) düşüncə kimi dəyərlərə önəm verən, kreativ gənclərin işə cəlb olunmasıdır.
Maliyyə resurslarının düzgün idarə edilməsi ilə yanaşı maliyyə mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək bacarığı;
Ünsiyyət qurmaq, həmçinin güclü araşdırma və təşkilatçılıq bacarığı;
İstehsalı müəssisəsində 50-100 nəfərdən çox işçi heyətinin idarə edilməsi bacarığı;
Şöbə və bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətinin təşkil edilməsi;
Daxilən motivasiyalı olmaq və komandanı motivasiya edə bilmə bacarığı;
Maliyyə, kadr, satınalma, istehsal, satış və s proseslərin proqram təminatı vasitəsilə uçotunu və planlaşdırılmasını təmin etmək bacarığı;
Şirkətin strategiyasının hazırlanmasına, həyata keçirilməsinə, Şirkətin maliyyə dayanıqlığının təmin edilməsinə və icrasına rəhbərlik etmək.
Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək bacarığı;
Şirkətin biznes və əməliyyat yönümlü fəaliyyətinin strategiyası, hədəflərinə uyğun icrasına nəzarət etmək bacarığı;
Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək bacarığı;
İnsan resurslarının strateji idarəedilməsi
Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradılması;
İstehsalın səmərəliliyinin, keyfiyyətinin artırılması proseslərinə rəhbərlik etmək.
Vergi, büdcə, hesabat və audit daxil olmaqla şirkətin maliyyə fəaliyyətinə nəzarət etmək.
İdarə Heyətinə şirkətin fəaliyyəti barədə (həftəlik, aylıq və illik hesabatlar) təqdim etmək.

Əsas tələblər

Cins: kişi
Yaş həddi: 27 – 45;
Təhsil: Ali (maqistr dərəcəsi olan namizədlərə üstünlük verilir)
İş təcrübəsi: ümumi olaraq 5 ildən yuxarı, rəhbər olaraq isə 3 ildən yuxarı iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( rus dili biliyi olan namizədlərə üstünlük verilir)
Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli,;
Güclü ünsiyyət və təqdimat bacarıqları.
Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti;
Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.

Oxşar vakansiyalar