Direktor Müavini vakansiyası
Direktor Müavini
1000 - 2500
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

Bu vakansiya, korporativ idarəetmə qaydalarının və ya siyasətinin məzmunu və onların tətbiqi prosesini bilən, cəsarətli, məsuliyyətli, bacarıqlı, səlis nitq qabilliyyətinə malik, yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı olan şəxslər üçündür;
Şirkətin əsas hədəfi, ənənəvi yanaşmalara malik olmayan, köhnəlmiş metodlardan tamamən uzaq, güclü şəxsi keyfiyyətlərə və müasir dünya görüşünə malik, Açıq fikirli, liderlik qabiliyyəti yüksək, çevik, kritik (tənqidi) düşüncə kimi dəyərlərə önəm verən, kreativ gənclərin işə cəlb olunmasıdır.
Direktor müavinindən əsas gözləntilər, uzun illərdən Azərbaycan bazarında mövcud olan və uğurla fəaliyyət göstərən konsaltinq şirkətinin inkişafının təmin edilməsi məqsədi ilə, yenilikçi, marketinq və satış texnikalarını bilən, şirkətin inkişafına mühüm tövhə verə biləcək şəxsin işə cəlb olunmasıdır.
Şirkətin strategiyasının hazırlanmasına, həyata keçirilməsinə, Şirkətin maliyyə dayanıqlığının təmin edilməsinə və icrasına rəhbərlik etmək. Şirkətin böyüməsi və müştəri bazasının artırlması üçün bütün zəruri tədbirləri görümək .
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək.
Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək bacarığı;
20 nəfərdən çox işçi heyətinin idarə edilməsi bacarığı;
Maliyyə resurslarının düzgün idarə edilməsi ilə yanaşı maliyyə mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək bacarığı;
Ünsiyyət qurmaq, həmçinin güclü araşdırma və təşkilatçılıq bacarığı;
Daxilən motivasiyalı olmaq və komandanı motivasiya edə bilmə bacarığı;
Maliyyə, kadr, satınalma, istehsal, satış və s proseslərin proqram təminatı vasitəsilə uçotunu və planlaşdırılmasını təmin etmək bacarığı;
Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək bacarığı;
İnsan resurslarının strateji idarəedilməsi
Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, Müəssisənin fəaliyyətinin dərin analizi, mövcud problemlərin aradan qaldırılması, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi;
Müəssisədə səmərəliliyin, işin keyfiyyətinin artırılması proseslərinə nəzarət etmək.
İdarə Heyətinə şirkətin fəaliyyəti barədə (həftəlik, aylıq və illik hesabatlar) təqdim etmək

Əsas tələblər

Cins: Bəy namizədlər arzuolunandır
Yaş həddi: 27 – 42;
Təhsil: Ali (maqistr dərəcəsi keolan namizədlərə və PMS sertifikatı olan namizədlərə üstünlük verilir)
Peşəkarlıq səviyyəsi nəzərə alınaraq, şirkət ofisində namizədə müxtəlif təlimlər keçməyə şərait yaradıla bilər.
İş təcrübəsi: ümumi olaraq 5 ildən yuxarı, rəhbər olaraq isə 3 ildən yuxarı iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və Rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( İngilis dili biliyi olan namizədlərə üstünlük verilir)
Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli,;
Güclü ünsiyyət və təqdimat bacarıqları.
Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti;
Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.

Oxşar vakansiyalar