Hr Direktor vakansiyası
Hr Direktor
700 - 1000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

Bu vakansiya, korporativ idarəetmə qaydalarının və ya siyasətinin məzmunu və onların tətbiqi prosesini bilən, cəsarətli, məsuliyyətli, bacarıqlı, səlis nitq qabilliyyətinə malik, yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı olan şəxslər üçündür;
Şirkətin əsas hədəfi, ənənəvi yanaşmalara malik olmayan, köhnəlmiş metodlardan tamamən uzaq, güclü şəxsi keyfiyyətlərə və müasir dünya görüşünə malik, Açıq fikirli, liderlik qabiliyyəti yüksək, çevik, kritik (tənqidi) düşüncə kimi dəyərlərə önəm verən, kreativ gənclərin işə cəlb olunmasıdır.
Maliyyə resurslarının düzgün idarə edilməsi ilə yanaşı maliyyə mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək bacarığı;
Ünsiyyət qurmaq, həmçinin güclü araşdırma və təşkilatçılıq bacarığı;
Daxilən motivasiyalı olmaq və komandanı motivasiya edə bilmə bacarığı;
Maliyyə, kadr, satış və s proseslərin proqram təminatı vasitəsilə uçotunu və planlaşdırılmasını təmin etmək bacarığı;
Şirkətin HR strategiyasının hazırlanmasına, həyata keçirilməsinə və icrasına rəhbərlik etmək.
Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək bacarığı;
Şirkətin biznes və əməliyyat yönümlü fəaliyyətinin strategiyası, hədəflərinə uyğun icrasına nəzarət etmək bacarığı;
Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək bacarığı;
İnsan resurslarının strateji idarəedilməsi
Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, təşkili işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, şərait yaradılması;
Xarici ölkələrə göndəriləcək kadraların seçilməsi, onlara təlim keçiriməsi, xarici partniyor şirkətlə danışıqların aparılması və kordinasiyalı işin qurulması.
Vergi, büdcə, hesabat və audit daxil olmaqla şirkətin maliyyə fəaliyyətinə nəzarət etmək.
İdarə Heyətinə şirkətin fəaliyyəti barədə (həftəlik, aylıq və illik hesabatlar) təqdim etmək.

Əsas tələblər

Yaş həddi: 25-35;
Təhsil: Ali
Peşəkarlıq səviyyəsi nəzərə alınaraq, şirkət ofisində namizədə HR təlimlər keçməyə şərait yaradıla bilər.
İş təcrübəsi: ümumi olaraq 4 ildən yuxarı, rəhbər olaraq isə 1 ildən yuxarı iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və Rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( İngilis dili biliyi olan namizədlərə üstünlük verilir)
Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli;
Güclü ünsiyyət və təqdimat bacarıqları.
Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti;
Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.

Oxşar vakansiyalar