AGA Group - О компании

О компании

Artıq iyirmi səkkiz ilə yaxındır ki, “AQA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutmaqla bərabər, ölkə iqtisadiyyatında sözün əsl mənasında tarix yazmaqdadır.

Yarandığı ilk gündən etibarən usanmadan, yorulmadan, tər tökərək, “olmaz”, “alınmaz”, “yoruldum” sözlərini qəbul etmədən gecə-gündüz çalışaraq, həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların sayəsində imkansız olan şeylər həyata keçdi və böyük fürsətə çevrildi. Beləliklə, balaca bir şirkət böyük bir Qrupa çevrilmiş oldu. Bu müddət ərzində bizi çox insanlar alqışladı, dəstək oldu, sevdi, bəzən isə xoşagəlməz təbəssümlər, ümidsiz gözlər belə gördük, acı sözlər eşitdik.

Biz “AGA Şirkətlər Qrupu”nun təsisçiləri, Demirçi ailəsi olaraq öz missiyamızı vətənimizə və Azərbaycanımıza layiqli övlad kimi xidmətimizdə görürük. Biz hər zaman və hər yerdə Ana vətənimiz — Azərbaycanımızın maraqlarını şirkətimizin və ailəmizin maraqlarından daima üstün tutduq. Pandemiya dövründə, istisnasız olaraq istər dövlət qurumlarına edilən ianələr, istərsə də yüzlərlə ailəyə olan yardımlar ləngitmədən və vaxtında həyata keçirildi. Əgər 1-ci Qarabağ müharibəsində ailə olaraq öz kiçik imkanlarımızla, evdə nişan üzüklərimizi və irsən bizə keçən xalçaları satmaqla etmişdiksə, 2-ci Qarabağ müharibəsində həm “Demirçi” Ailəsi, həm də “AGA Şirkətlər Qrupu” olaraq mütəşəkkil şəkildə qələbəyə öz töhfəmizi verdik. Biz bununla fəxr edirik və qürur duyuruq! Azərbaycan olduqca “AGA Şirkətlər Qrupu” da olacaqdır, Azərbaycan isə daim olacaqdır!”