Vision Academy - О компании

О компании

Vision Academy tələbələr, məzun və yetişkinlər üçün müxtəlif proqramlar təklif edən təlim mərkəzidir. Mərkəz 2009-cu ildə təsis edilmiş və məhdud sayda təlim proqramları, əsasən ingilis və rus dillərinin tədrisini təklif etmişdir. Lakin qısa müddət ərzində Vision Academy peşəkarlıq baxımından inkişaf etmiş və hazırda aşağıdakı xidmətləri təqdim etməkdədir:

• İngilis dilinin ikinci dil kimi peşəkar təlimi
• Rus, fransız, alman, ərəb və s. xarici dillərin təlimi
• TOEFL, IELTS, YOS, ALES, TYS hazırlıq kursları
• Xarici müəllimlə danışıq dərsləri
• Uşaqlar üçün danışıq dərsləri
• Xaricdə təhsil xidməti
• Sınaq imtahanları
• Magistr hazırlıq kursları
• Kompyuter və dizayn təlimləri
• Dövlət qulluğuna hazırlıq
• Xaricdə təhsil üçün orientasiya
• Tələbələ üçün karyera təlimləri (o cümlədən neft şirkətlərində təqaüd proqramları)
• Təhsillə bağlı forum və konfranslar
• TEFL – müəllimlərin peşəkar hazırlanması
• Müxtəlif seminarların təşkili