Modern Construction Group - Şirkət haqqında

Şirkət haqqında

İnsanlar bizim proyektlərimiz üçün əsas uğur amilidir. Ən bacarıqlı insanları işə götürmək, bizimlə işləməsini təmin etmək və onların böyümə imkanlarını ən üst səviyyəyə yüksəltmək üçün çalışırıq. Əməkdaşlarımızın bənzərsiz təcrübəsi, professionallığı və texniki təcrübəsindən daha üstün bir sübut yoxdur.

Müştərilərini yüksək ixtisaslı mütəxəssislər və menecerlərlə təmin etmək üçün MCG daimi heyətində əsas professional rollarını saxlamaqdadır. Daimi heyətimiz böyük təcrübəyə malik bir komandadır. İşçilərin və agentliklərin geniş məlumat bazasının köməyi ilə, ixtisaslı kadrı sabit müqavilələr üzrə işə götürə və idarə edə bilərik ki, bu da qısa vaxt ərzində lazımi miqdarda əməyi səfərbər etməyə imkan verir.

Yüksək peşəkarlıqla tikinti idarəetməsi, müasir tikinti variasiyalarının, yeni texnologiyaların tətbiq edilməsi, habelə yüksək peşəkar əməkdaşların cəlb edilməsi səbəbi ilə obyektlərin tikintisi ən optimal büdcə ilə aparılır.