BSS GROUP MMC - Şirkət haqqında

Şirkət haqqında

“BSS Group” MMC 25 iyun 2010-cu ildə təsis edilmişdir. Çox qısa bir müddətdə fəaliyyət göstərməyinə baxmayaraq şirkətimiz uğurla fəaliyyətini davam etdirir və sürətli iqtisadi inkişaf edən Azərbaycan Respublikasında müasir tələblərə uyğun tikilən geniş həcmli mehmanxanalarda, idman komplekslərində, istirahət evlərində, ticarət sahələrində, restoranlarda, ofislərdə, yaşayış binalarında və.s. beynəlxalq standartların tələblərinə cavab verən mikromühitin təmini üçün hər cür havalandırma sistemlərinin quraşdırılması, isitmə və soyutma təchizatı, su təchizatı və kanalizasiya, avtomatik idarəetmə sistemləri və elektrik təchizatı işlərini həyata keçirir.
Şirkətimiz öz fəaliyyətini beynəlxalq standartlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirir ki, bu da yerinə yetirilən işlərin, göstərilən xidmətin keyfiyyətinin təmin olunmasına imkan verir.
Təşkilatda Keyfiyyət sahəsində siyasətin həyata keçirilməsinə bütün struktur bölmələrində Keyfiyyəti İdarəetmə Sisteminin effektiv tətbiqi və dövri olaraq daxili audit və Rəhbərlik tərəfindən təhlilin keçirilməsi ilə nail olunur.
“BSS Group”da İSO 9001:2008 standartına uyğun tətbiq edilən Keyfiyyəti İdarəetmə Sistemi təşkilatın hərtərəfli inkişafına təkan verir və şirkətimizin əsas hədəfi öz fəaliyyət sahəsin üzrə regionda lider olmaqdır.