Div Academy - Şirkət haqqında

Şirkət haqqında

Div Academy günümüzün yüksək tələb olunan sahələrini müasir və yaddaqalan metodika ilə öyrədir. Akademiya IT sektorunda 8 illik təcrübəsi olan "OKmedia LLC" şirkəti tərəfindən təsis edilmişdir. Akademiyada Front-end development, Back-end development, Full Stack development, Digital marketing ixtisasları üzrə keçirilən peşəkar dərslərə qatılaraq

Akademiya kimlər üçündür ?
İstənilən ixtisasda oxuyan ancaq texnologiyaya və müasir peşələrə həvəsli tələbələr
Universiteti yeni bitirmiş məzunlar
Tamamilə fərqli sahədə işləyən şəxslər
Yaxın 2-5 ildə xaricə köçməyi planlaşdıranlar
Özü öyrənməkdə (self study) çətinlik çəkənlər
Evdən (remote) və ya sərbəst (freelance) işlərdə işləməyi xoşlayanlar

Niyə Div Academy ?
Qısa yol: Akademiya 8 illik proqramlaşdırma təcrübəsi olan IT şirkət (OKmedia LLC) tərəfindən təsis edilmişdir. Bu nə deməkdir ? Yəni, şirkətlərin kadr axtararkən nələrə fikir verdiyini, nələri bilməli olduğunu, müsahibələrdə nələri soruşduğunu artıq bu akademiya yaxşı bilir və səni iş həyatına qısa yoldan hazırlayır.
Birbaşa qəbul: Akademiyanı bitirdikdən sonra dərhal partnyor IT şirkətlərdə real təcrübəyə başlayırsan və CV-in digər kurs məzunlarından 1-0 öndə olur.
Karyera mərkəzi: CV demişkən, həm də burada peşəkar CV hazırlanması, müsahibələrdə verilən suallar haqda sınaqdan keçmiş taktikalar sənə öyrədiləcək.
Qısa müddət: Həftədə 3 dəfə, intensiv proqram nəticəsində sürətli formada proqramlaşdırma öyrənəcəksən.
Hər gün praktika: Hər gün tədris + hər gün praktiki məşğələ metodu ilə proqramçı olmaq çətinliyi geridə qaldı.