Modern Pharm - Şirkət haqqında

Şirkət haqqında

Modern Farm LTD – 6 fevral 2003-cü ildə fəaliyyətə başlayıb. Şirkətimizin başlıca məqsədi Avropanın farmasevtik istehsalçıları ilə əməkdaşlıq etməklə, ölkəmizə yüksək keyfiyyətli dərman vasitələri və BFMQƏ (Bioloji fəallığa malik qida əlavəsi) idxal etməkdir. Qısa müddət ərzində peşəkar rəhbərliyi və işçi heyəti sayəsində Azərbaycanın dərman sektorunda əsl Avropa keyfiyyəti ilə öz sözünü demişdir. Portfelimizə daxil olan məhsulları hamıya əlçatan etmək üçün təkcə Bakı şəhərində deyil, Azərbaycanın bütün bölgələrində satışı həyata keçirilir. Müştəri məmnuniyyətini hər şeydən önəmli tutaraq öz qiymət və keyfiyyət fərqimizi daima qorumaqdayıq.
Bu gün Modern Farm MMC Remedica (Kipr-Avropa), Pharmathen (Yunanıstan), Anfarm Hellas (Yunanıstan), Chemo (İspaniya), Tilman (Belçika), Sunlife (Almaniya), Apipharma (Xorvatiya), 21 Century (ABŞ), Delorbis (Kipr), DFL (Braziliya) və s. bu kimi nəhəng istehsalçılar ilə sıx əməkdaşlıq edir və yeni tərəfdaşlar qazanmaqda davam edir.