Вакансия Topdansatış Üzrə Mütəxəssis
Topdansatış Üzrə Mütəxəssis
800 - 1000
Информация о работе

График: Полный рабочий день
Город: Bakı

Vəzifə üzrə öhdəliklər:
• Gündəlik ərazidə görülən işləri və sabahki iş planını topdan satış meneceri ilə müzakirə etmək;
• Xarici görkəm standartlarına riayət etmək;
• Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək;
• Siyahıda olan obyektlər məhsul almadığı halda səbəbini araşdırmaq;
• Gündəlik satış nöqtələrini ziyarət etmək;
• Hər satış nöqtəsini ziyarət etdikdən sonra satış hesabatında qeydlər etmək;
• Müştərilərə şirkətin məhsullarını təqdim etmək və onlar barədə ətraflı məlumat vermək;
• Müştəri bazasını daim yeniləmək;
• Ərazidə olan və şirkətlə əməkdaşlıq etməyən obyektləri ziyarət edib məlumat toplamaq və bu məlumatı Topdan satış menecerinə təqdim etmək;
• Qoyulmuş aylıq planı maksimal dərəcədə, maksimal səy ilə yerinə yetirmək;
• Kommersiya direktoruna və topdan satış menecerinə mütəmadi məlumat və hesabat vermək;
• Etdiyi satışın məbləğini ticarət obyektlərindən toplamaq və həmin gün bütün məbləği şirkətin xəzinəsinə ödəmək;
• Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq;
• Gündəlik iş qrafikinə əməl etmək, ehtiyac yarandığı halda rəhbərliyin göstərişi ilə iş saatlarından əlavə işləmək;
• Müştəri borclarındakı hərəkətliliyi yoxlamaq;
• Rəhbərlik, kommersiya direktoru və topdan satış menecerinin təşkil etdiyi iclaslarda iştirak etmək;
• Ticarət nöqtələrində daim məhsulların mövqelərinin yaxşılaşması üçün fəaliyyət göstərmək;
• Anbardan topdan satış mütəxəssinin adına çıxan məhsullara görə birbaşa maddi məhsuliyyət daşımaq;
• Müşayiət edici sənədlərin hazırlanması və icrasına nəzarət etmək;
• Logistikanı (malın vaxtında yüklənilməsi və çatdırılması) təşkil və nəzarət etmək;
• Bazardakı satış qiymətlərinin monitorinqini və rəqibləri analiz etmək;
• Müştəri müqavilələrinin, müqavilə şərtlərinin danışılması, şərtlərin icrasına nəzarət, yaranan problemlərin həll edilməsi;
• Marketinq şöbəsinin təşkil etdiyi marketinq tədbirlərində iştirak etmək, daim Marketinq şöbəsi ilə əməkdaşlıq etmək;
• Rəhbərliyin, kommersiya direktorunun və topdan satış menecerinin göstərişlərini yerinə yetirmək.
İş şəraiti:
 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
 İş vaxtı: 6 günlük, istirahət günü: bazar
 İş yeri: Bakı şəhəri
 Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Topdansatış üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Основные требования

Namizədə Tələblər:
• Ali təhsil (üstünlükdür);
• Minimum 2 il iş təcrübəsi (Qida sənayesi üzrə);
• Müştəriyə xidmət və satış, vaxt idarə etmə bacarıqları (planlaşdırma / prioritetləşdirmə), son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət, analiz etmə qabiliyyəti, komandada işləmək bacarığı;
• 1 C MS, Office, Outlook, proqramlarında işləmək bacarığı;
• Azərbaycan dili əla, Rus dili üstünlükdür.

Похожие вакансии