A2Z Technologies - О компании

О компании

“A2Z Technologies” QSC 2013-cü ildən etibarən müştəriləri İT xidmətlər, Proqram təminatı və İT avadanlıq ilə təmin edən şirkətdir. Şirkətin fəaliyyət istiqamətləri sırasına İT infrastrukturun yaradılması və idarə edilməsi, İT avadanlıqların satışı, şifrəli İP telefoniya sisteminin qurulması, kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət, yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Rəqəmsal dünyada rəqabətə davamlı etibarlı və təhlükəsiz xidmətlər təklif edən A2Z Technologies, öz fəaliyyətində daim yenilənən beynəlxalq təcrübə və İT imkanları təqdim edir.

A2Z Technologies sürət və təhlükəsizliyin bir araya gətirilməsi, müştəri məmnuniyyətinin təmin olması sahəsində öz təcrübəsinə əsaslanan və daim təkmilləşən İT xidmətlər təklif edir.