UFAZ - О компании

О компании

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti ölkəmizdə analoqu olmayan, Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü nəticəsində yaradılmış ali təhsil müəssisəsidir. Bizim iki diplomla təltif olunan tədris proqramımız yalnız ölkəmizdə deyil, bütün regionda bir ilkdir. Universitetimiz həmyerlilərimizə öz vətənlərini tərk etmədən Fransa təhsil sistemi standartlarına uyğun olaraq təhsil almağa imkan verir. ADNSU Strasburq və Renn 1 universitetləri ilə birgə UFAZ kimi bir layihəyə töhfə verdiyinə görə qürur duyur. Sentyabr ayından etibarən UFAZ-da tədris edilən dörd ixtisas sahəsi hazırda dünya bazarında ən geniş potensiala sahib və sürətlə böyüyən istiqamətləridir. Bu ixtisaslar inkişaf edən və iqtisadiyyatın şaxələndirilməsi yönündə fəaliyyət göstərən Azərbaycan üçün də həyati vacib əhəmiyyət daşıyır. UFAZ-ın tələbələri hər həftə Bakıya səfər edən Fransız müəllimlərindən faydalanaraq texniki sahələrdə ən yüksək keyfiyyətli təhsilə sahib olmaq imkanına malikdirlər. Onlar həmçinin Strasburq və Renn 1 universitetlərinin zəngin elektron kitabxanalarına çıxış və tam təchizatlı laboratoriyalarda işləmək imkanlarına malik olacaqlar. Təhsillərini bitirdikdə UFAZ-ın tələbələri iki diploma, həm ADNSU-nun, həm də Strasburq və ya Renn 1 Universitetinin (ixtisasdan asılı olaraq) diplomlarına sahib olacaqlar. Bu isə onların magistratura təhsili almaq üçün ən yaxşı universitetlərə qəbul olmaq imkanını artıracaq.