Bank VTB Azərbaycan - О компании

О компании

Belə unikal şəbəkə VTB (Azərbaycan) müştərilərinə bu ölkələrdə bank əməliyyatları aparmağa, xüsusilə də qısa müddət (bir neçə dəqiqə) ərzində və sərfəli tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verir. Bütün bunlar Avropa və Asiya ölkələri ilə biznes əlaqələri olan, mütəmadi şəkildə ticarət dövriyyələri həyata keçirən sahibkarlar üçün vacibdir.

Biz sahibkarlığın inkişafı üçün rahat şərait yaradır, kiçik və orta biznesi müxtəlif seqment və istiqamətləri üzrə yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edərək onlara maliyyə dəstəyi göstəririk. Biz müştərilərimiz və tərəfdaşlarımızla şəffaflığın və qarşılıqlı hörmətin təməli olan uzunmüddətli və əlverişli münasibətlər qururuq.

Müştəri məmnuniyyətini özümüz üçün əsas məqsəd bilərək fiziki şəxslər və təşkilatlara geniş çeşidli yüksək keyfiyyətli bank xidmətləri təqdim etmək üçün biz daim xidmət sahəsində keyfiyyətin artırılmasına çalışırıq.