Veliev Group - О компании

О компании

2005-ci ildə əsası qoyulan şirkətimizin əsas fəaliyyət istiqaməti ilk öncə PVC qapı və pəncərə profillərinin ölkəmizə idxalatını həyata keçirərək, daxili satışını təşkil etmək olmuşdur. Taxta, dəmir qapı və pəncərələri əvəz edən, yeni texnologiya ilə hazırlanan paslanmayan, rəngi dəyişməyən, yüksək izolyasiya dəyərlərinə sahib olan plastik qapı və pəncərə sistemlərinə yüksək tələbatın yaranması zəmnində şirkətimiz qonşu ölkələrdən PVC qapı və pəncərə sistemlərinin Azərbaycana idxalına başlamışdır. Bu yeni sistemin, yəni plastik qapı və pəncərə sistemlərinin sahib olduqları üstünlüklər (otaq temperaturunu tənzimləməsi, tozu içəri buraxmaması, oksigen qaynağı olan ağacların kəsilməməsi) onların qısa zaman ərzində insanların tərchinə çevrilməsinə imkan verirdi.

Daha sonralar, hər keçən il böyüyərək və öz sahəmizdə daha da büxtələşərək yeni lahiyələrə imza atmağa başladıq. Türkiyənin ən böyük qapı və pəncərə profillərinin istehsalçı firmalarından biri olan ‘’Adopen’’ şirkəti ilə 2010-cu ildə əməkdaşlığa başlayaraq, artıq 2013-cü ildə adı çəkilən şirkət ilə birlikdə ‘’Plaspen’’ markası adı altında Azərbaycanda PVC qapı və pəncərə profillərinin istehsalını reallaşdırdıq.

Sürətli inkişafın nəticəsi olaraq 2015-ci ildən etibarən ‘’Made in Azerbaijan’’ trendinə dəstək olmaq üçün yeni qəlib və dəzgahlarla istehsalatımızı genişləndirdik. Məqsədimiz yüksək keyfiyyətli, dayanıqlı, rəqabətə davamlı, günün tələblərinə cavab verən məhsulun istehsalına nail olmaq idi və biz bunu bacardıq.

Gördüyümüz işlərin nəticəsidir ki, 2017-ci ildə Türkiyənin PVC profil istehsalında pioner və ən böyük şirkət olan, ‘’EgePen Deceuninck’’ ilə rəsmi françayzinq müqaviləsinə imza atdıq. Bu françayzinq müqaviləsinə əsasən ‘’EgePen Deceuninck’’ şirkətinin portfoliosunda ən yüksək yerlərdən birini tutan ‘’Pimapen’’ markasının ölkəmizdə rəsmi istehsal hüququnu əldə etmiş olduq. Beləliklə, Sumqayıt şəhərində tam yeni texnologiyalara cavab verən PVC qapı və pəncərə profillərinin istehsalat zavaodunu inşa edərək, daha geniş fəaliyyətə başladıq.