Biznesin inkişafı departamentinin aparıcı mütəxəssisi vakansiyası
Biznesin inkişafı departamentinin aparıcı mütəxəssisi
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

— Vəzifə öhdəlikləri və fəaliyyətlər:

— Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
— Büroya məlumatların qanunvericilin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
— Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
— Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
— Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək və onların təşviqini və satışını həyata keçirmək;
— Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
— Rəhbərliyinin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq;

Əsas tələblər

— Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
— Bank və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
— Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
— Microsoft Office, Jira, PowerBI proqramları ilə işləmək bacarığı;
— Xaricdə təhsil alması üstünlükdür.

— Digər bacarıqları:

— Peşəkarlıq və məsuliyyətlilik;
— Analitik düşünmə;
— Vaxtın idarəedilməsi;
— Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
— Dinamik komandada işləmə;
— Təşəbbüskarlıq, məsuliyyətlilik, nəticəyə fokuslaşma və problemi həll etmə.

— İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
— Maraqlanan namizədlər CV-lərini mövzunu "Biznesin inkişafı departamentinə aparıcı mütəxəssis" qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.
— Müraciət üçün son tarix: 15.12.2022

Oxşar vakansiyalar