Aktyor/Aktrisa-animator ( Part-time ) vakansiyası
Aktyor/Aktrisa-animator ( Part-time )
250 - 500
İş barədə məlumat

Qrafik: Yarım iş günü
Şəhər: Bakı

Portal Games - kvest oyunlarıdır. Reallıqda kvest xüsusi olaraq hazırlanmış məkanda bir neçə insandan ibarət komanda oyunudur. Portal Games bəziləri üçün bir macəradır , bəziləri üçün isə, öz intellektual imkanlarını yoxlamaq üçün bir yoldur və yaxın insanlarla vaxt keçirtmək üçün fürsətdir.
2015 il aprel 12-si Portal Games komandası ilk filialını “Ayna Sultanova”-da, eyni zamanda iki oyunla açmışdı. 2022-ci ildə 10 filial olmaqla 26 oyunumuz fəaliyyat göstərir.

Vəzifə öhdəlikləri:
Oyuna uyğun olaraq rolu canlandırmaq;
Kvestlərdə personaj kimi iştirak etmək;
Oyunda verilən tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi.

Vəzifə şərtləri:
6 saatlıq iş qrafiki (bir növbəli iş):
1-ci növbə 12:00-18:00
2-ci növbə 18:00-23:30
Həftədə 1 dəfə full-time və 1 dəfə istirahət günü olur.
Əmək haqqı: fix 150 azn (250-500 azn bonuslarla birlikdə).

Portal Games-də işləməyin üstünlükləri:

· Əmək haqqı + hər komandadan bonuslar + premiyalar;
· Gənc, əyləncəli və inkişafa meyilli kollektivdə çalışmaq;
· Şəhərin mərkəzində part-time iş imkanı;
· Karyera yüksəlişi.

Qeyd: Vakansiya bir neçə filiallarımızda aktivdir.
Göstərilən tələblərə uyğunsunuzsa, o zaman CV nizi “Aktyor/Aktrisa-animator (part-time)” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əsas tələblər

Tələblər:
Cins: xanım / bəy;
Yaş həddi : 18-30;
Əyləncə sahəsinə maraq;
Punktual, işə məsuliyyətli və həvəsli yanaşmaq;
Yüksək ünsiyyət bacarıqları, yaradıcılıq qabiliyyəti;
İş təcrübəsi önəmli deyil. Tələbələr də öz CV-lərini göndərə bilərlər.

Oxşar vakansiyalar