Kredit mütəxəssisi vakansiyası
Kredit mütəxəssisi
300 - 500
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Digər

— Şəhərlər:
— Ağstafa, Masallı, Tovuz
—  
— “Qarant Kredit” Lombard təşkilatı Tovuz , Ağstafa və Masallı şəhərində yerləşən filialları üçün “Kredit mütəxəssisi” vakansiyası elan edir.
— İş barədə məlumat:

- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
- Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
- Şirkətin daxili sistemini öyrənmək
- Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
- Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
- Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
- Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək
- Əmək haqqı:300-500 AZN +bonus

Əsas tələblər

- Ali təhsil
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- Müştərini cəlbetmə bacarığı                     
— Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit mütəxəssisi (Tovuz/Ağstafa/Masallı)" başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar