Təchizat Və Satınalmalar Üzrə Mütəxəssis
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
Tender prosesi zamanı şirkətin təmsil olunması;
Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
Servis xidməti;
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Xırdalan, Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Əsas tələblər
Təhsil: Ali;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
Ofis proqramlarını əla səviyyədə bilməli;
Azərbaycan dili səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
Bazar araşdırması etməyi bacarmalı.