Ofisiant
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
- Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq.
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
- Restoranı servis üçün hazırlamaq, masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Restoranın açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
- İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
Əsas tələblər
- Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- İngilis dilində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.