Ofis Meneceri
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
“VİP DOORS” komandamız üçün ofis və showrooma işçilər tələb olunur! “Ofis meneceri” vakansiyası üçün işəqəbulu açıq elan edirik!
Vakansiya üzrə vəzifə təlimatı:
-Daxili sənədlərin qəbul edilməsi, düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim olunması;
-Hazırlanan sənədlərin rəhbərliyə imza üçün ötürülməsi və izlənilməsi;
-Satış əməliyyatlarının dəqiq uçotunun aparılması və gün sonunda satışla bağlı rəhbərliyə hesabat təqdim edilməsi;
-Daxil olan bütün sənədlərin müvafiq qaydada təsnif edilməsi və arxivləşdirilməsi;
- Gündəlik, həftəlik və aylıq satış, maliyyə və sənəd dövriyyəsinə dair hesabatların hazırlanması;
-Şirkət ehtiyaclarına uyğun olaraq bazar araşdırması aparılması və yeni potensial tərəfdaşların müəyyən edilməsi;
-Yeni ticari əlaqələrin qurulması və mövcud tərəfdaşlarla işgüzar münasibətlərin gücləndirilməsi;
-Şirkətin daxili qaydalarına uyğun olaraq mühasibat uçotu proseslərinin düzgün aparılmasına dəstək vermək.
-Rəhbərlik və digər bölmələrlə effektiv əlaqə yaratmaq, iş axınını düzgün təşkil etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), həftədə bir gün istirahət günü;
- Əmək haqqı: 1000 azn net;
-İş yeri: Lökbatan qəs., Abşeron Ticarət Mərkəzi;
-Korparativ nömrə və email şirkət tərəfindən verilir;
-Mağazamız yüksək standartlara cavab verən qapıların satışı ilə məşğuldur.
Əsas tələblər
- Ali təhsil;
- Yaş aralığı: 25-35;
- Xanım əməkdaş tələb olunur;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşgüzar ünsiyyət etikası.
Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “ Ofis meneceri” qeyd edərək [email protected] elektron ünvanına göndərməsi xahiş olunur. Suallarınızla bağlı 0553989891 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.