Sərgi Salonu Təqdimatçısı
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
Əsas vəzifələr:
• Şirkəti və məhsullarını sərgi salonunda yüksək səviyyədə təmsil etmək;
• Şirkət və onun 500-dən çox məhsul kateqoriyası haqqında ziyarətçilərə ətraflı və maraqlı təqdimatlar keçmək;
• Potensial müştərilərin maraqlarını müəyyən etmək və onları uyğun məhsul kateqoriyaları ilə tanış etmək;
• Ziyarətçilərdə müxtəlif məhsul kateqoriyalarına maraq yaratmaq və onları potensial müştəri olmağa təşviq etmək;
• Ziyarətçilərdən gələn rəy və sorğuları rəhbərliyə çatdırmaq;
• Şirkətə daxil olan zənglərə və emaillərə nəzakətli və operativ şəkildə cavab vermək, vacib məlumatları rəhbərliyə ötürmək;
• Rəhbərin görüşlərini tənzimləmək və gündəlik iş planına dəstək olmaq.
Əsas tələblər
Namizədə tələblər:
• Dil bilikləri: Rus dilini səlis bilmək (Azərbaycan dili mütləqdir; ingilis dili üstünlükdür);
• Xarici görünüş: Baxımlı və təqdimata uyğun görünüş;
• Təcrübə: Xidmət sektorunda və ya müştərilərlə iş sahəsində təcrübə mütləqdir;
• Şəxsi keyfiyyətlər:
o Ünsiyyətcil və şirindil olmaq;
o Stressə davamlılıq və nəzakətli yanaşma;
o Nizamlı və dəqiq işləmək bacarığı.
İş rejimi:
• Həftənin 6 günü iş (1 gün istirahət)
• İş saatları:
Bazar ertəsi - Cümə: 09:00 - 18:00
Şənbə: 10:00 - 17:00
Əmək şəraiti:
• Əmək haqqı: 600-800 AZN;
• Nahar şirkət tərəfindən təqdim edilir;
• Rəsmi əmək müqaviləsi təmin edilir.
İş yeri: Bakı şəhəri, Əhməd Cəmil və Haqverdiyev küçələrinin kəsişməsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığı
Müraciət üçün:
CV-lərinizi və 1 ədəd fotoşəkilinizi [email protected] e-mail ünvanına göndərin. E-mailin mövzu hissəsində “Sərgi Salonu Təqdimatçısı” qeyd etməyiniz xahiş olunur.