Mağaza müdiri vakansiyası
Mağaza müdiri
2000 - 2500
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
- Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
- Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
- Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
- Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;

- Əmək haqqı 2000 - 2500 + %
- Nahar şirkət tərəfindən təmin olunur
- Növbəli iş qrafiki ilə 6 günlük iş rejimi
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə

Əsas tələblər

- Ali təhsilli olmalı;
- Yaş həddi: 25-45 yaş aralığı;
- Pərakəndə Satış sektorunda ən azı 3 il iş təcrübəyə sahib olmalı;
- Məsuliyyətli, yüksək ünsiyyət və özünü ifadə etmə bacarığı olmalı.

Oxşar vakansiyalar