Su təchizatı və kanalizasiya sistemləri üzrə layihəçi mühəndis
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin (BoQ) hazırlanması;
- Yanğın su təchizatı sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin (BoQ) hazırlanması;
- Texniki hesabatların hazırlanması;
- Yağış suları və drenaj sistemlərinin layihələndirilməsi;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
- Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda layihənin müdafiəsini təmin edilməsi.
Əsas tələblər
- Su təchizatı və kanalizasiya mühəndisliyi üzrə Ali təhsil.
- 5 günlük iş həftəsi, iş rejimi 09:00-18:00 (iş vaxtı işlərin mövcud statusuna görə olacaqdır)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
- Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik, intizamlıq.
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
- Azərbaycan dilində səlis danışıq.(Rus dili arzuolunandır)
- Yüksək təşkilatçılıq bacarıqları;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməlidir.
- Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
- Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
- Su təchizatı və kanalizasiya üzrə mütləq şəkildə, tikinti, təmir və işləri üzrə bilikləri olmalı, layihələrin hər birini incələməyi və yerində doğru icra etdirildiyinə nəzarət etməyi bacarmalıdır.