Daxili nəzarət üzrə mütəxəssis
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
- Müxtəlif tipli xərclər üzrə yoxlamaların aparılması;
- Şirkətdaxili maliyyə əməliyyatları üzrə yoxlamaların aparılması;
- Biznes prosesləri üzrə yoxlamaların aparılması, proses boşluqlarının müəyyən edilməsi;
- Tədarükçülər və Satınalma üzrə ümumi proseslərə nəzarətin həyata keçirilməsi;
- Anbarda nəzarət və audit tədbirlərinin görülməsi;
- Satışa yararsız məhsulların sillinməsinə nəzarət, görünüş və standartlar üzrə yoxlanışın aparılması;
- Anbar sayımına hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
- Risklərin analizi və müvafiq tədbirlər planının hazırlanması;
- Müştərilər üzrə mövcud olan borcların yoxlanılması;
- Müştərilər üçün nəzərdə tutulmuş hədiyyə malların və digər həvəsləndirici proyektlər üzrə gedən malların ticarət obyektlərində yoxlanılması və aktlaşdırılması;
- Şirkətin daxili prosedurlarına nəzarət və qayda pozuntularının qarşısının alınması.
Əsas tələblər
- Təhsil: Ali təhsil (Bakalavr);
- Kompyuter bilikləri: MS Office, Excel-Əla, Power point- Əla, SAP-a üstünlük verilir;
- Şirkətin ümumi məqsədlərini anlamalı və onlara uyğun hərəkət etməli;
- Komandada çalışma bacarığı;
- Uzunmüddətli məqsədlərin qoyulması və onların həyata keçirilməsi;
- Yüksək təşkilatçılıq bacarığı;
- Satış sisteminin quruluşundan məlumatı olmalı;
- Biznes proseslərinin uyğunluğu, audit, risk və ya maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
- Araşdırma və təhliletmə bacarığı, analitik düşüncə qabliyyəti;
- Digər regionlara ezam gedə bilməli.