Daxili nəzarət mütəxəssisi (təmir-tikinti üzrə)
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
- Şirkətin təmir-tikinti işlərinin təşkilinin uyğunluğunu təhlil etmək və həyata keçirilən nəzarət tətbirlərinin yoxlanmasını təmin etmək.
- Şirkətin yeni mağaza açılışları üzrə, həmçinin mövcud olan mağazalarda icra edilən yenidən qurma işlərinin uyğunluğuna nəzarət etmək və xidmətin müvafiq smetaya uyğunluğunu yoxlamaq
- Təmir-Tikinti işləri üzrə hazırlanan smeta və Forma 2-lər üzrə yoxlamaların aparılmasına, podratçılar tərəfindən görülmüş xidmətlər üzrə iş və xidmətlərin təhvil alınmasına nəzarət etmək
- Təmir-Tikinti işləri üzrə ərazidə operativ nəzarəti təmin etmək, uyğunsuzluqları aktlaşdırmaq və birbaşa rəhbərinə məlumat vermək
- Təmir-Tikinti işləri üzrə aparılan tender və qiymət sorğuları proseslərini müşahidə etmək və prosedura uyğun seçimlər edilməsinə nəzarət etmək
- Müvafiq təmir-tikinti işləri üzrə layihələrin uyğunluğuna nəzarət etmək
- Təmir-Tikinti ilə bağlı iclaslarda iştirak etmək və müvafiq çatışmazlıqlarla bağlı aidiyyatı şəxslər qarşısında məsələ qaldırmaq
- Mağazalar üzrə təmir-tikinti, SƏTƏM və digər tipli çatışmazlıqların monitorinqi və nəticələrin struktur bölmələrlə paylaşılmasını təmin etmək
- Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün icra etmək
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Əsas tələblər
- İnşaat proqram təminatları (AutoCAD, Microsoft Project və s.) bilikləri.
- Microsoft Office proqramlarında işləmək bacarığı
- İnşaat sahəsində təhlükəsizlik qaydalarına dair biliklər.
- Tikinti standartları, qanunvericilik və normativ sənədlər.
- Materialların və avadanlıqların seçimi və istifadəsi.
- Layihə planlarının oxunması və qiymətləndirilməsi.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
- Komanda ilə işləmə və liderlik qabiliyyəti.
- Effektiv ünsiyyət və müştəri ilə əlaqə bacarığı.
- İnşaat layihələrinin idarə olunması.
- Keyfiyyət və təhlükəsizlik standartlarının təmin edilməsi.
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqədar sahədə bakalavr dərəcəsi (üstünlük verilir).
- Təmir-tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi.
- Müxtəlif layihələrdə iştirak təcrübəsi (təmir, yenidənqurma, yeni inşaat).