Avtobus Sürücüsü
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
Vəzifə Haqqında:
Avtobus Servis Sürücüsü şirkətimizin əməkdaşlarını təyin edilmiş marşrut üzrə təhlükəsiz və vaxtında çatdırılmasını təmin edir. Sürücü olaraq, yol hərəkəti qaydalarına ciddi əməl etməli və nəqliyyat vasitəsinin texniki vəziyyətini mütəmadi yoxlamalısınız .
Vəzifə Öhdəlikləri:
• Gündəlik marşrut planına əsasən əməkdaşları təyin olunmuş vaxtda və yerdə təyinat nöqtəsinə çatdırmaq;
• Avtobusun texniki vəziyyətini hər gün yoxlamaq, lazım gəldikdə texniki xidmətlərə məlumat vermək;
• Yol hərəkəti qaydalarına əməl etmək və sərnişinlərin təhlükəsizliyini təmin etmək;
• Nəqliyyat vasitəsinin daxili və xarici təmizliyini qorumaq;
• Sərnişinlərlə nəzakətli və peşəkar münasibət saxlamaq;
Əsas tələblər
Tələblər:
• Yaş həddi : 25-55 yaş arası
• Minimum 2 illik avtobus sürücülük təcrübəsi;
• D kateqoriyalı sürücülük vəsiqəsi;
• Yüksək məsuliyyət hissi və yol hərəkəti qaydalarına ciddi riayət;