İnsan Resursları Üzrə Kiçik Mütəxəssis
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Hacıqabul
Vəzifə Haqqında
Bizim komandamızın bir hissəsi olaraq, İnsan Resursları üzrə Kiçik Mütəxəssis vakansiyası üçün dinamik və məsuliyyətli bir namizəd axtarırıq. Siz baş ofisdən kənardaki ofisdə fəaliyyət göstərəcək, regional namizədlərlə görüşəcək və işə qəbul prosesini dəstəkləyəcəksiniz. Bu rolda sizin əsas məqsədiniz şirkətimiz üçün ən uyğun namizədlərin cəlb olunmasını təmin etmək olacaq.
Vəzifə Öhdəlikləri:
• Potensial namizədlərlə görüşlərin təşkili və müsahibələrin keçirilməsi
• Namizədlər haqqında məlumatların toplanması, sənədlərin işlənməsi və qiymətləndirilməsi
• Müsahibə nəticələrinin baş ofisə təqdim edilməsi və dəyərləndirmələrin aparılması
• İnsan resursları üzrə məlumatların və faylların dəqiq şəkildə saxlanması
• İşə qəbul üzrə proqramlar və prosedurlara uyğun olaraq digər administrativ işləri yerinə yetirmək
• 6 günlük iş rejimi (09:00 - 19:00) və həftədə bir gün istirahət
• İş yeri : Şirvan şəhəri
Əsas tələblər
Tələblər:
• Yaş həddi : 20 yaşdan - 30 yaşadək
• Ali təhsil (İnsan Resursları, Menecment və ya oxşar sahələr üzrə üstünlük veriləcək)
• İş təcrübəsi tələb olunmur - iş sıfırdan öyrədiləcək
• Güclü ünsiyyət bacarıqları
• MS Office proqramlarında sərbəst işləmə bacarığı
• Məsuliyyətli, təşkilatçı və analitik düşünmə qabiliyyətinə malik olmaq
• Komandada və müstəqil işləmə bacarığı