Satış Məsləhətçisi
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
Alıcılara məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal olunan ölkələr, istehsal texnologiyası, istifadə sahəsi, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin verilməsi
Alıcıya cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş və məhsulun alınması qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin təklif edilməsi
İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə düzgün əlavə edilməsi;
Müştərinin bütün narazıçılıqlarının qarşısının alınması
Malların satışa hazırlığının təşkil edilməsi (malın anbardan sifarişi, onun anbardan gətirilməsinə və müştəriyə çatdırılmasına nəzarət)
Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsinin (merçendayzinq) təmin edilməsi
Malların üzərində qiymət etiketinin mövcud olmasının təmin edilməsi, onların düzgün yerləşdirilməsinə və malların üzərində qiymətlərin düzgün qeyd olunmasına nəzarətin edilməsi
Daxil olan telefon zənglərin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsi
İş saatı : 09:00-dan 18:00-dək və 12:00-dan 21:00-dək (növbəli)
Nahar şirkət tərəfindən qarşılanır
İş rejimi: istirahet günü həftə içi
İş yeri: Badamdar qəsəbəsi, Mikayıl Müşfiq 2A
Sabit əmək haqqı 500 AZN + satışdan bonus
Əsas tələblər
Təhsil : Orta
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 18 - 45
Cins : Kişi
Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis
Programlar: MS Office (əsasən Excel, Word və Outlook)
Yaşayış qeydiyyatı: Bakı şəhəri
Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətçil və çalışqan
Komandada işləmək bacarığına malik olmalı