Satış koordinatoru vakansiyası
Satış koordinatoru
550 - 650
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Şirkətin təqdim etdiyi bütün malların aktual xüsusiyyətləri və qiymətləri haqqında tam məlumatlı olmaq;
- Satış sifarişlərini qəbul etmək və xüsusi proqram təminatında qeyd etmək;
- Müştərilərdən gələn cavablara uyğun olaraq sifariş və alış sənədlərinin mövcud formalara əsasən tərtib etmək, yönləndirilmək və izləmək; 
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərin məmnunluq dərəcəsini müəyyən etmək, nəticələr üzrə təhlillər aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə aylıq təkliflər planı hazırlamaq;
- Müqavilə və digər sənədlərin hazırlanması üçün satış mütəxəssisləri ilə koordinasiyalı olaraq işlərin aparılması;
- Görülmüş işlər barədə həftəlik, aylıq, rüblük və illik hesabatların verilməsi;
- Təhvil-təslim aktlarına əsasən elektron qaimələrin kəsilməsi
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün müxtəlif satış tədbirlərin formalaşdırılması və təsdiqləndiyi zaman icrasına nəzarət edilməsi.

Əsas tələblər

- Ali təhsil;
- Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
- Dəqiqlik və məsuliyyət;
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
- Stressə dözümlülük;
- Vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
- MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).

Oxşar vakansiyalar