Aparıcı mühasib tələb olunur vakansiyası
Aparıcı mühasib tələb olunur
1000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Sumqayıt

İş barədə məlumat
• 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
• Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
• Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
• Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
• Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
• İnventarlaşdırmada iştirak edilməsi;
• Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
• Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
• Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
• Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
• Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
• Pul vəsaitlərinin hərəkəti hesabatların təqdim edilməsi
• Tapşırıqların operativ icra edilməsi.
Əmək haqqı: 1000 AZN.
İş qrafiki: 5 gün 08:00-18:00
Şənbə günü yarım gün

Əsas tələblər

Namizədə tələblər
• Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
• Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilməli;
• Azerbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
• Mühasibatlıq və maliyyə təlimlərində iştirak edilməsi əlavə üstünlükdür;
• Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
• Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
• MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
• 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
• Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
• Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.

Oxşar vakansiyalar