Baş Mühasib vakansiyası
Baş Mühasib
2000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
- Mühasibat hesabının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
- Cəmiyyət üzrə  debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu  aparır;
- Aylıq  əmək  haqqını hesablayır;

Əsas tələblər

- 30-45 yaş arasında;
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər;
- Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Dövlət hesabatların tərtib olunması;
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
- Yüksək səviyyədə yazışma bacarığı;
- ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;

Oxşar vakansiyalar