Tikinti xərclərinə nəzarət üzrə mütəxəssis vakansiyası
Tikinti xərclərinə nəzarət üzrə mütəxəssis
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
- Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
- Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
- Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
- İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
- İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
- Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
- Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- İş qrafiki: 5 günlük

Əsas tələblər

- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dili – səlis, İngilis dili – orta (şifahi və yazılı);
- Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD;
- Mülki tikinti sahəsində oxşar vəzifədə azı 3 il iş təcrübəsi.

Oxşar vakansiyalar