Baş Satış Təmsilçisi vakansiyası
Baş Satış Təmsilçisi
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
- Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
- Sosial media araşdırmaları etmək.
- Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
- Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
- Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmak.
- Müxtəlif tədbirlərdə və sərgilərdə şirkəti təmsil etmək;
- Marketinq planında qeyd olunduğu kimi bazar sahələri ilə bağlı bütün satış fəaliyyət planlarını həyata keçirmək;
- Gələcək qruplar və tədbirlər təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələrin qurulması və gücləndirilməsi. Bu istiqamətdə satış zəngləri, görüşlər və müvafiq tədbirlər keçirmək.
- Gələcək müştərilər üçün tədbir məkanını, yemək və iaşə xidmətlərini və əyləncə obyektlərini (Otel, Qolf Klubu, SPA, Trampoline) vurğulayan satış təqdimatları və müxtəlif əlavə materialların yaradılması;
- Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi.

Əsas tələblər

- Ali təhsilli olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı, (Fars dili biliyi isə üstünlükdür);
- Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli; 

Oxşar vakansiyalar