Marketinq üzrə mütəxəssis vakansiyası
Marketinq üzrə mütəxəssis
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Şirkətin məqsədlərinə uyğun effektiv marketinq strategiyaları və planlar hazırlamaq;
- Bazar tendensiyalarını, müştəri, qonaq tələblərini öyrənmək, rəqabət mühitini analiz etmək;
- Reklam və promo kampaniyalarının hazırlanması və həyata keçirilməsi, müxtəlif kanallarda (sosial media, çap reklamları, televiziya və s.) kampaniyaların təşkil edilməsi;
- Şirkət brendinin inkişafı və idarə olunması, brend mesajlarının uyğunluğunu təmin etmək;
- Sosial media, SEO (Search Engine Optimization), SEM (Search Engine Marketing), e-mail marketinq və digər dijital marketinq fəaliyyətlərini həyata keçirmək;
- Kampaniya nəticələrini və marketinq fəaliyyətlərinin effektivliyini ölçən hesabatlar hazırlamaq;

- Qidalanma (işçi yeməkxanasında);
- Könüllü tibbi siğorta;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Əsas tələblər

- Marketinq, İqtisadiyyat, Biznes İdarəetməsi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi (müvafiq magistr dərəcəsi üstünlükdür);
- Marketinq sahəsində əvvəlki təcrübə (minimum 2-3 il) və ya müvafiq sahədə iş təcrübəsi;
- Müxtəlif marketinq alətləri və texnikalarını bilmək, bazar analizləri aparmaq;
- Sosial media, SEO, SEM və digər dijital alətlər haqqında bilik;
- Kreativ kampaniyalar yaratmaq və yeni ideyalar təklif etmək;
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi;

Oxşar vakansiyalar