Sürücü vakansiyası
Sürücü
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Direktorun şəxsi və ailəvi məsələləri ilə əlaqədar, eyni zamanda direktorun tapşırıqları ilə bağlı gündəlik daşımaları yerinə yetirmək
- Direktoru görüşlərə, tədbirlərə və digər tapşırıqlara vaxtında çatdırmaq
- Rəsmi qonaqlar və şirkət daxili şəxslərin vaxtında götürülməsi və lazımı yerə çatdırılması
- Akademiyanın fəaliyyəti ilə bağlı müxtəlif loqistik tapşırıqları yerinə yetirmək, sənədləri çatdırmaq, ləvazimatları götürmək və digər işləri icra etmək.
- Akademiyanın nəqliyyat vasitələrinin təmizliyini və funksionallığını təmin etmək.
- Nəqliyyat vasitələrinin texniki xidmətlərini və yoxlamalarını vaxtında yerinə yetirmək.
- Şirkət rəhbərinin və Akademiyanın fəaliyyətləri ilə bağlı bütün məsələlərdə məxfilik və etibarlılığı qorumaq.
- Bütün tapşırıqları yüksək peşəkarlıq və etibarlılıqla yerinə yetirmək.
- Nəqliyyat vasitələrini müntəzəm olaraq yoxlamaq və yaxşı vəziyyətdə saxlamaq.
- Zəruri təmir və xidmətləri vaxtında planlaşdırmaq və idarə etmək.
- Nəqliyyat vasitələrinin texniki xidmət və yanacaq xərcləri barədə qeydlər aparmaq.

Əsas tələblər

- Ən azı 5 illik oxşar vəzifədə peşəkar sürücülük təcrübəsi.
- Vəzifəli şəxslər və ya onların ailələri üçün sürücülük təcrübəsi üstünlükdür.
- Mükəmməl sürücülük bacarıqları və etibarlı sürücülük tarixçəsi.
- Müxtəlif tapşırıqları səmərəli və peşəkarlıqla idarə etmək bacarığı.
- Yüksək səviyyədə vaxt idarəetmə və təşkilatçılıq bacarıqları.
- B və C kateqoriyalı sürücülük vəsiqəsi.
- Çevik iş qrafiki ilə işləmək, o cümlədən zərurət olduqda axşamlar və həftə sonları işləməyə hazır olmaq.
- Yol hərəkət qaydalarını mükəmməl səviyyədə bilmək

Oxşar vakansiyalar