Laboratoriya üzrə mütəxəssis vakansiyası
Laboratoriya üzrə mütəxəssis
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi; 
- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
- Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət edilməsi;
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin edilməsi;
- Sınaqlarının nəticələrinin düzgünlüyünü , obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi;
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə edilməsi;
- Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat verilməsi;
- Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürülməsi;
- Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxnılması.

- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki: növbəli iş qrafiki;
- Korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir; 
- Əmək haqqı: İlk 3 ay 400. Sınaq müddətini keçdikdən sonra 800 azn.

Əsas tələblər

- Ali təhsilli (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);
- Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
-  Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.

Oxşar vakansiyalar