Marketinq meneceri vakansiyası
Marketinq meneceri
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması.
-  Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini quraraq həyata keçirilməsi.
- Analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə  yetirilməsinin təmin edilməsi.
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi.
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi.
- Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması.
- Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparmaq və müvafiq təkliflər hazırlamaq.
- Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi.
- ROI və KPI-ların ölçülməsi və göstəricilərə əsasən qərarların verilməsi.
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət.
- Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi.
- Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası.
- Şirkətin rəsmi saytını və sosial şəbəkələri daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi, ordan gələn dataların təhlili.
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları, “press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması. 

Əsas tələblər

- Bakalavr dərəcəsi üzrə ali təhsil (Marketinq və ya biznes idarəçiliyi  sahəsində təhsil arzu olunandır);
- Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
- 5 ildən çox marketinq sahəsində təcrübə olması;
- 3 ildən çox rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
- Səlis azərbaycan və ingilis dili bilikləri;
- Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
- MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir;
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq

Oxşar vakansiyalar