Mühasib vakansiyası
Mühasib
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Ödəniş tapşırıqlarını tərtib etmək, onların düzgünlüyünü yoxlamaq üçün mühasibat əməliyyatlarını qeydiyyata almaq, təsnifləşdirmək və icra etmək;
- Alış sənədlərinin sistemə işlənilməsi;
- Sənəd dövriyyəsinin təqibi;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə edilməsi;
- Alınma, qəbul və ödəniş tarixlərini izləmək üçün vacib olan invoysların sistemli şəkildə izlənilməsi;
- Gözlənilən ödənişlər, müştəri hesablarının barışdırılması üçün müştərilərlə əlaqəni izlənilməsi;
- Ayın sonu bağlanış əməliyyatlarının aparılması;
- 1C/8.3 proqramını yaxşı səviyyədə bilərək, əməliyyatların icra edilməsi və uçotu.
- Daxil olan pul vəsaitlərinin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirmək;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; 
- Şənbə - qısa iş günü 
- İstirahət: Bazar günləri;
- Əmək haqqı : Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.
- Ünvan: Səbayıl rayonu, Şeyx Şamil küç. 16

Əsas tələblər

- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- Mühasib olaraq ən az 2 il iş təcrübəsi;
- MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
- 1C (8.3 ERP)  proqramını yüksək səviyyədə bilmək.
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Oxşar vakansiyalar