Mağaza meneceri vakansiyası
Mağaza meneceri
1000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Satış və satış göstəricilərin idarə olunması:
- Ay ərzində və günlər üzrə mağazanın satış planının formalaşdırılması və icrası, satış effektivliyin təhlili və əsas performans göstəricilərinə nail olmaq üçün strategiyaların hazırlanması;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi (müştəri bazası ilə iş, telefon danışıqları və müştəri rəylərinin təhlili daxil olmaqla);
- Sifarişlərin düzgün rəsmiləşdirilməsinin, müqavilələrin, spesifikasiyaların, aktların və digər sənədlərin icrasına nəzarət olunması;
- Müştəri xidmətlərinin yüksək səviyyədə təmin edilməsi, şikayətlərin həlli və müştəri loyallığının saxlanılması;
- Komandanın idarə olunması: işçilərin seçimi, təlimi, motivasiyası və inkişafı, fəaliyyətin qiymətləndirilməsi;
- Xərclərin nəzarəti, ehtiyatların idarə olunması və brend standartlarının saxlanılması ilə birlikdə mağaza işinin optimallaşdırılması;
- Maliyyə əməliyyatlarına, bank hesablaşmalarına və hesabatlılığa nəzarət olunması;
- Mağazada aksiyalar və tədbirlərin planlaşdırılması və keçirilməsi üçün marketinq komandası ilə əməkdaşlıq edilməsi;
- Mağazanın inkişafı üçün tredlərin və rəqiblərin analizinin aparılması;
- Satış, inventarizasiya və fəaliyyət hesabatlarının müntəzəm olaraq şirkət rəhbərliyinə təqdim edilməsi;
- Digər şöbələr və xarici tərəfdaşlarla səmərəli qarşılıqlı əlaqənin qurulması.

- Növbəli iş rejimi;
- 10:00-18:00 / 12:00-20:00 (5 gün);
- TOGAS Akademiyasında böyüyən ailəmizə və karyera inkişafı imkanlarına qoşulun;
- Maaş: 1000 AZN +%;
- Peşəkar inkişaf və təkmilləşmə imkanları;
- TOGAS Akademiyasında korporativ təlimlər;
- Karyera və peşəkar inkişaf imkanları;
- Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]

Əsas tələblər

- Rus və Azərbaycan dillərini sərbəst bilmək;
- Pərakəndə satış sektorunda, xüsusilə də lüks və ya premium seqmentində rəhbər vəzifədə iş təcrübəsi;
- Güclü liderlik və kommunikasiya bacarıqları;
- Satış məlumatlarını təhlil etmək və onları yaxşılaşdırmaq üçün strategiyalar hazırlamaq bacarığı;
- Lüks alış-veriş təcrübəsinə yönəlmiş müştəri xidməti bacarıqları;
- Pərakəndə satış idarəetmə proqram təminatını və MS Office proqramlarını bilmək.
- Yüksək təşkilatçılıq və detallara diqqət;
- Dəyişkən iş qrafikində, həftəsonları və bayram günlərində işləməyə hazır olmaq.

Oxşar vakansiyalar