Aparıcı mühasib vakansiyası
Aparıcı mühasib
1200 - 1500
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin edir;
- Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılmasını təmin edir;
- Təhtəlhesab, balans, avans hesabatlarının aparılmasını təmin edir;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının   vaxtlı-vaxtında və düzgün həyata keçirilməsini təmin edir;
- Əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiyasının keçirilməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir.

Əsas tələblər

- 28-45 yaş arasında;
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Azərbaycan dili (mükəmməl), Rus dili bilənlərə üstünlük veriləcək;
- Minimum 5 il mühasibat sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Dövlət hesabatların tərtib olunması;
- İdarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
- Yüksək səviyyədə yazışma bacarığı.

Oxşar vakansiyalar