Merçendayzer vakansiyası
Merçendayzer
1000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:
• Təyin olunmuş həftəlik hərəkət cədvəli üzrə satış nöqtələrini ziyarət etmək;
• Satış Nöqtələrində endirim lövhələrinin, reklam posterlərinin, promo məhsullarının düzgün yerləşdirilməsinin təşkili;
• Yerləşdirilmiş posterlərin, promo məhsulların, reklam monitorlarının vəziyyətinə daimi nəzarət edilməsi;
• Endirimdə olan və ya hədiyyəli məhsullar barədə rəflərdə etiketlənmələri və müştəri stimullaşdırıcı addımları həyata keçirmək;
• Şirkətin marketinq fəaliyyətinə mane olan halları aşkarlamaq və müvafiq şəxslərə bu barədə məlumat vermək;
• Satış nöqtələrində təyin edilmiş məhsulların satışının stimullaşdırılmasına dəstək məqsədli ideyalar təklif etmək;
• Gündəlik işlər və satış nöqtələrindəki vəziyyət barədə rəhbərliyə periodik olaraq hesabatların verilməsi.

İş şəraiti:
• İş qrafiki: Tam iş günü
• Əmək haqqı: 1000 AZN(Gross)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Merçendayzer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əsas tələblər

Tələblər:
• Yaş: 23-35;
• Təhsil: Ali və ya orta təhsil;
• Merçendayzinqin əsasları üzrə biliklər;
• Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Şəhərdaxili və rayonlara getmək üçün şəxsi avtomobilin olması mütləqdir(amortizasiya və yanacaq şirkət tərəfindən qarşılanacaqdır);
• Kompüter bilikləri: MS Office proqramlarında baza bilikləri;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
• Ezamiyyətə açıq olmalı;

Oxşar vakansiyalar