Mühasib vakansiyası
Mühasib
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət etmək;
- Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq orderlərə daxil edilməsi;
- Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərini normativ hüquqi aktlara uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;

- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- İş yeri: Azerfloat QSC Bakı ofisi

Əsas tələblər

- Ali təhsil;
- ERP –SAP proqramında işləmək bacarığının olması arzuolunandır;
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- ACCA F2, F3 arzuolunandır;
- Dil bilikləri: İngilis dili üstünlükdür, rus dili arzuolunandır

Oxşar vakansiyalar