Korporativ satış mütəxəssisi
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
- Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq.
- Təyin edilmiş plana əsasən satış funksiyasının yerinə yetirilməsi
- Müştəri barədə informasiyaların (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplanması və müştəri bazasına qeyd edilməsi
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin həyata keçirilməsi və təqdimatların təşkili
- Əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatlarla danışıqların aparılması
- Müştərilər üçün koordinator rolunun icra edilməsi, ortaya çıxan problemlərin həll edilməsi
- Təkliflərin hazırlanması, izlənməsi və müştəri ilə razılaşdırılması
- Satışın artırılması ilə bağlı təkliflərin verilməsi
- Gördüyü işlər barədə hesabatların hazırlanması
- İş günləri: I-V günlər;
- İş saatı: 08:00-17:00
- Korporativ nömrə
- İşgüzar görüşlər zamanı nəqliyyatla təmin edilmə
Əsas tələblər
- Satış, marketinq və digər əlaqəli sahələr üzrə ali təhsil
- Korporativ satış üzrə minimum 2 il iş təcrübəsi olmalı
- Azərbaycan və İngilis dilində şifahi və yazılı səlis nitq
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı
- Müştəriyönümlü xarakterə sahib olma və satış edə bilmə qabiliyyəti
- Mükəmməl kommunikasiya qabiliyyəti olmalı