Mühasib vakansiyası
Mühasib
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması
- Vergi, hesabatlarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
- Vergi orqanları ilə yazışmalar
- EFP,BTP proqramlarında və dövlət portalalrında (e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az) sərbəst şəkildə işləməyi bacarmalı
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.İşçilərin üzərinə baxış keçirmək.
- Bank ödənişlərinin icra olunması işçilərə əmək haqqı kartının sifariş edilməsi
- Gömrük əməliyyatları ilə bağlı sənədlərin hazırlanması, gömrük bəyannamələrinin hazırlanması, malların rəsmiləşdirilməsində iştirak etmək

- İş yeri: Bakı şəhəri Masazır dariəsinin girişi
- İş rejimi: 6 günlük(6-cı gün  qısaldılmış iş vaxtı)
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı:müsahibə əsasında 

Əsas tələblər

-  Təhsil: Ali (maliyyə, iqtisadi)
- İş təcrübəsi: 1 ildən artıq mühasibatlıq sahəsində iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan (əla) (Rus dili dilini bilmək üstünlükdür)
- Kompyuter bilikləri: Microsoft office, 1C mühasibat proqramı
- Vergi qanunvericiliyi və müxabirləşmə bilgiləri;
- Məsulliyyət, düzgünlük, dəqiqlik kimi şəxsi keyfiyyətlərə malik olmalı.

Oxşar vakansiyalar