Marketinq Mütəxəssisi vakansiyası
Marketinq Mütəxəssisi
800 - 1000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:
1. Bazardakı trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi.
2. Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi.
3. Alıcılardan daxil olan istəklərə görə cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması.
4. Marketinq büdcəsinin müəyyənləşdirilməsi və aidiyyatı üzrə düzgün tənzimlənməsi.
5. Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi.
6. Müştəri məmnuniyyətinin izlənməsi, müştərilərin istək və təkliflərinin təhlili. Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək.
7. Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması.
8. Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması. Reklamların sifarişi, hazırlanmasına nəzarət edilməsi.
9. Reklam və marketinq məhsullarının hazırlanması.
10. Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq.
İş rejimi və əmək haqqı:
• Həftədə 5 gün, iş saatı 09:00-18:00
• Əmək haqqı müsahibə əsasında təyin olunur.

Əsas tələblər

- Marketinq sahəsində 2 il müvafiq vəzifə üzrə iş təcrübəsinə malik olmalıdır;
- Stressə davamlı olmalıdır;
- Keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
- İnam yaratma bacarığı;
- Dil bilikləri arzuolunandır
- Ofis proqramlararını bilməlidir (Word, Excell, Power Point) və dizayn proqramlarından məlumatlı olmalıdır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar