Ümumi İngilis Dili Müəllimi
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
British Educational Centre artıq 10 ildir fəaliyyət göstərən ingilis dili mərkəzidir. Şirkətimizin inkişafında başlıca meyar xarici dil kimi ancaq ingilis dilinin tədrisidir. Bu bizim digər dil kurslarından fərqli üstünlüyümüzdür. Daha da böyüyüb inkişaf etmək üçün işini sevən və özünü inkişaf etdirmək istəyən gənc kadrlarla birgə çalışmaq istəyirik.
İş qrafiki: həftənin altı günü 18:00-21:00
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə zamanı təyin olunacaqdır.
Müraciət üçün CV-lərinizi mövzu yerində "Ümumi İngilis dili müəllimi" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Ünvan: Caspian Plaza,1-ci korpus, 2-ci mərtəbə
Əsas tələblər
Axşam saatlarında işləyə biləcək Ümumi İngilis dili (General English) müəllimi axtarırıq. Namizəddən gözləntilərimiz:
- İngilis və rus dillərini yaxşı səviyyədə bilməlidir.
- Müxtəlif yaş qrupları ilə fərdi və ya qrup şəkildə işləməyi bacarmalıdır.
- Dərsi yeni və effektiv metodlarla tədris etməlidir.
- Müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır.
- Komandada işləmək bacarığına sahib olmalıdır.