Mühasibatlıq və xəzinədarlıq şöbəsinin aparıcı məsləhətçisi vakansiyası
Mühasibatlıq və xəzinədarlıq şöbəsinin aparıcı məsləhətçisi
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

— Mühasibatlıq və xəzinədarlıq şöbəsinin aparıcı məsləhətçisi / baş məsləhətçis

— Görəcəyiniz işlər:

— Maliyyə hesabatlarının tərtib edilməsinə dəstəyin göstərilməsi;
— İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
— Ezamiyyə ilə bağlı ödənişlərin həyata keçirilməsi;
— Əmək haqqının hesablanması və ödənilməsi üzrə müxabirləşmələrin yazılması;
— Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
— DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
— Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyənnamənin hazırlanması;
— Müvafiq dövlət qurumlarından əmək haqqı ilə bağlı təqdim edilmiş hesabatlarla əlaqədar məktubların cavablandırılması;
— İşçilər üçün bank kartlarının sifarişi;
— Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
— Təşkilatın auditi zamanı əmək haqqı və digər müvafiq sənədlərin təqdim edilməsi və yaranmış sualların cavablandırılması.Biz nə təklif edirik:

— Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
— Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
— Karyera irəliləyişlərində yaradılan şərait;
— Rəqabətədavamlı əmək haqqı;
— İldə üç dəfə mükafat.
— Əlavə məlumatlar:
— İş qrafiki: 5 günlük iş həftəsi;
— İş vaxtı: 09:00 – 18:00.
— Müraciət qaydası:
— Vakansiyaya son müraciət tarixi16.01.2023-cü il;
— CV-lər [email protected] e-mail ünvanına göndərilməlidir;
— Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
— Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Əsas tələblər

— Bizim üçün uyğun namizəd:

— Ali təhsil (iqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə);
— Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
— İri həcmli məlumatlarla işləmək bacarığı;
— Excel proqramı üzrə mükəmməl səviyyədə biliklərin olması;
— Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi və əmək haqqı ilə bağlı digər normativ hüquqi aktları üzrə biliklərinin olması;
— Xarici dil bilikləri: İngilis dili (orta səviyyə);
— Yüksək analitik təhlil, ünsiyyət, çeviklik, komandada işləmə bacarıqları.

Oxşar vakansiyalar