Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
— Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
— Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
— Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
— Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
— Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
— Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
— Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
— Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
— Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək.İş haqqında məlumat:
— 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
— iş vaxtı: 09:00 - 18:00
— iş yeri: Baş ofis, Bakı şəhəri
— Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Məhsulların idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Əsas tələblər
— Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
— MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
— Yüksək səviyyədə MS Office proqramlarının biliyi;
— Minimum 3 il (əsasən B2C istiqamətli);
— Azərbaycan, Rus, İngilis dilləri;
— Analiz və təhlil bacarığı;
— Təqdimat bacarığı;
— Problemlərin həll etmə bacarığı.