Kadr kargüzarlığı üzrə mütəxəssis
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
— Vəzifə öhdəlikləri:
— Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
— Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
— Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
— Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
— İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
— Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
— Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin sənədləşdirilməsini təmin etmək;
— Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
— Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;
Əsas tələblər
— Ali təhsil;
— Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
— MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (MS Excel yaxşı səviyyədə);
— Analitik düşüncə və düzgün qərar vermə bacarığı;
— Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
— Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
— Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
— Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kadr kargüzarlığı üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.