Kənd Təsərrüfatı Texnikasının Təmiri Üzrə Elektrik vakansiyası
Kənd Təsərrüfatı Texnikasının Təmiri Üzrə Elektrik
700 - 1000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

• Sahədə kənd təsərrüfatı texnikalarının elektrik sistemlərinin diaqnostikasını həyata keçirmək, qüsurları aşkar edərək, ardıcıl şəkildə həll olunmasını təmin etmək;
• Sınmış, istifadəyə yararsız detalları yenisi ilə əvəz edərək təmir etmək. Ağır texnikanın elektrik sisteminə aid olan təmir işlərinin görülməsi
• Texnikaların kondisioner sistemində olan nasazlıqları kondisioner aparatı vasitəsilə aşkar edərək, təmir etmək
• Görülmüş işləri təmir aktlarına işləmək və rəhbərliyə təhvil vermək
. 6 günlük iş rejimi, Bazar günü istirahət

Əsas tələblər

• Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili
• Ağır texnika təmiri üzrə minimum 2-3 il iş təcrübəsi
• Məsuliyyətli və analitik düşüncə qabiliyyətinə malik olmalı,
• Ezamiyyələrə açıq olmalı
• Ağır texnikaların elektrik sistemini tam bilməli
• Kompüter vasitəsilə texnikaların elektrik sistemini diaqnostikasını etməyi bacarmalı
• Elektrik kataloq və sxemlərini oxumağı bacarmalı
• Texnika və avadanlıqlarda elektrik nasazlıqlarını aşkar etməli və təmir edə bilməli
• Kondisioner sisteminin təmiri, kondisioner aparatının istifadə qaydasını və təmiri qaydasını (kalibirləmə) bilməli
• Elektrik alətləri ilə işləməyi bilməli (tester, multimeter)
• Texniki Təhlükəsizlik qaydalarını bilməli
• Zəmanət qaydalarına uyğun işləməyi bacarmalı
• sürücülük vəsiqəsi olmalı

Oxşar vakansiyalar